Modern.az

Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

Dünya

12 Yanvar 2020, 15:59

Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir.

 

Ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, “Kapan-2” (“Tələ-2”) adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.

 

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

 

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

 

Qeyd edək ki, PKK terror qruplaşması 1984-cü ildə meydana çıxıb. PKK silahlıları Türkiyədə sabitliyi pozmaq üçün bir sıra terror aktları təşkil ediblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər