Modern.az

Paşinyanın Ermənistan ordusundakı itkilərlə bağlı növbəti YALANI...

Paşinyanın Ermənistan ordusundakı itkilərlə bağlı növbəti YALANI...

Qarabağ

12 Yanvar 2020, 16:03

Ermənistan baş naziri Nikol Paşinyan 2019-cu ilin yekunlarından danışarkən orduda itkilərin müstəqillik dövrünün son 20 ili üçün tarixi minimuma düşdüyünü elan etmişdi.

 

Modern.az xəbər verir ki, itkilərin konkret sayını açıqlamasa da, Paşinyan əsgər ölümlərinin 2018-ci illə müqayisədə 22% azaldığını bildirib.

 

 

Amma Ermənistan Hərbi Prokurorluğunun hesabatlarını araşdıran zaman Nikol Paşinyanın ictimai dəstək qazanmaq üçün növbəti dəfə yalan danışdığı aydın olur.

 

Belə ki, hərbi prokurorun köməkçisi Qor Abramyanın məlumatına görə, 2019-cu ildə ordu sıralarında 49 hərbi qulluqçu keçinib. Analoji itkilər 2013-ci ildə rəsmi olaraq 32 nəfər təşkil edib. 2006-cı ildə isə verilən itkilərin sayı 33 təşkil edirdi.

 

 

Beləliklə, açıq mənbələrdən əldə olunan məlumatlar belə Nikol Paşinyanın 2019-cu ildə son 20 ilin ən az verilən itkiləri barədə açıqlamasının yalan olduğunu ortaya qoyur.

 

 

Ümumilikdə, 2011-2019-cu illərdə düşmən ordusu 588 hərbi qulluqçusunu itirib.

 

 

  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir