Modern.az

“Əgər doğrudursa, küçələrdə xidmət aparan yol polisləri kimlərdir?” - Ehsan Zahidov

“Əgər doğrudursa, küçələrdə xidmət aparan yol polisləri kimlərdir?” - Ehsan Zahidov

Ölkə

13 Yanvar 2020, 14:49

“Bu məlumatlar doğru deyil. Əgər doğrudursa, küçələrdə xidmət aparan yol polisləri kimlərdir?”

 

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov nazir, general-polkovnik Vilayət Eyvazovun Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin şəxsi heyətinin sərəncama göndərilməsi barədə əmr verməsilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

E.Zahidov eyni zamanda şöbə rəisi Vaqif Əsədovun vəzifədən çıxarılmasını da təkzib edib:

 

“Kim yazır bu məlumatları?! Bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Digər yazılanlar barədə məndə əlavə məlumat yoxdur”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı