Modern.az

Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edildi

Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edildi

Dünya

13 Yanvar 2020, 17:03

Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lahor Ali Məhkəməsi keçmiş prezident P. Müşərrəf barəsində çıxarılan ölüm hökmünü qeyri-konstitusional elan edərək ləğv edib.

 

Qeyd edək ki, ötən ilin dekabrında paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə P. Müşərrəf barəsində edam hökmü çıxarılıb. 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

 

Xatırladaq ki, Pakistanın 12-ci prezidenti olan general P. Müşərrəf 2001-2008-ci illərdə ölkəyə rəhbərlik edib. O, hazırda Dubayda yaşayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?