Modern.az

İran Trampı məhkəməyə verir

İran Trampı məhkəməyə verir

Dünya

13 Yanvar 2020, 20:34

Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampı general Qasım Süleymaninin öldürülməsinə görə məhkəmə yolu ilə mühakimə etmək niyyətindədir.

Modern.az   “TASS”a istinadən xəbər verir ki, belə açıqlama ilə İran Ali Məhkəməsinin sədri İbrahim Raisi çıxış edib.

Onun sözlərinə görə, qanun pozuntusuna görə cinayət işi açılacaq: “Biz ABŞ prezidenti təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb etməliyik. Biz bunu belə qoymayacağıq. O, beynəlxalq müstəvidə mühakimə olunmalıdır”.

O əlavə edib ki, bu məsələ İnsan hüquqları üzrə Şura (İran Ali Məhkəməsi yanında təşkilat – red.) və Xarici İşlər Nazirliyi səviyyəsində həll olunmlaıdır:

“Süleymaninin öldürülməsi bütün mümkün qanunların pozulması deməkdir. Çünki o, terrorizmlə mübarizənin simvolu və məzlum insanların dəstəkçisi idi”.

Raisi məhz hansı beynəlxalq orqana müraciət etməyi planlaşdırdıqları barədə hər hansı məlumat verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır