Modern.az

İran Kanadanın bütün nümayəndələrinə viza verib

İran Kanadanın bütün nümayəndələrinə viza verib

Dünya

13 Yanvar 2020, 22:57

İranda Ukraynanı “Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasında iştirak etməli və həlak olanların yaxınlarına yardım göstərməli olan bütün kanadalı mütəxəssislər və diplomatlar İran vizaları ilə təmin olunublar.



Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan özünün “Twitter” səhifəsində məlumat verib:

“Bütün vizalar alındı. Bütün mütəxəssislər və diplomatlar tam tərkibdə bir gün sonra Tehranda olacaqlar”.

Yanvarın 11-də Kanadanın Baş Naziri Castin Trüdo İran vizası alan Kanadanın ilk nümayəndələrinin Tehrana göndərildiyini açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu