Modern.az

5 xarici ölkə vətəndaşı Azərbaycanda uşaq növbəsinə dayanıb

5 xarici ölkə vətəndaşı Azərbaycanda uşaq növbəsinə dayanıb

Ölkə

30 Dekabr 2009, 19:42

ABŞ, ALMANİYA, İNGİLTƏRƏDƏN OLAN BU ƏCNƏBİLƏR AZƏRBAYCANLI UŞAQLARI ÖVLADLIĞA GÖTÜRMƏK İSTƏYİRLƏR

2007-ci ilin əvəlindən başlayaraq Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi qaydaları sərtləşdirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Modern.az saytına bildirib ki, 2007-ci ilən bu günədək Azərbaycandan xarici ölkə vətəndaşlarına 10 azyaşlı uşaq övladlığa verilib.

S.Qəhrəmanova deyib ki, 2007-ci ilin əvəlindən başlayaraq Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi məsələsilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. 2007-ci ildən öncə uşaqların əcnəbilərə övladlığa verilməsilə Ədliyyə Nazirliyi məşğul olub.
S.Qəhrəmanovanın sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son üç il ərzində əcnəbilərə verilən uşaqlarla bağlı nəzarət işi də həyata keçirir, yəni xaricilədə olan uşaqlar barədə daim məlumat öyrənilir: “Biz mütəmadi olaraq həmin uşaqların sağlıq vəziyyəti, təhsili və digər məsələlər barədə övladlığa götürən əcnəbilərdən məlumat alırıq. Bu məlumatlar hər üç aydan bir Dövlət Komitəsinə verilir”.
S.Qəhrəmanova deyib ki, hazırda 5 əcnəbi vətəndaş Azərbaycandan övladlığa uşaq götürmək üçün növbədə dayanıb. Bunlar ABŞ, Almaniya, İbgiltərə vətəndaşlarıdır.

Modern.az-ın araşdırmaları nəticəsində məlum olub ki, 2002-2006-cı illərdə 194 uşaq Azərbaycan ailələrinə, 138 körpə isə əcnəbilərə övladlığa verilib. Azərbaycanlı körpələr ABŞ, İsrail, Fransa, Türkiyə, Misir kimi ölkələrə aparılıb. Bu məlumatı Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsindən almışıq. 3 yaşadək atılmış uşaqlar Səhiyyə Hazirliyiinin uşaq müəssisələrində-Psixonevroloji Uşaq Evi və 1 saylı Körpələr Evində yaşayırlar. Onlar yerli və xarici vətəndaşlara buradan övladlığa verilirlər.

Adəm QORXMAZ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir