Modern.az

Azərbaycan bu göstəriciyə görə dünyada ikinci oldu – REYTİNQ

Azərbaycan bu göstəriciyə görə dünyada ikinci oldu – REYTİNQ

15 Yanvar 2020, 10:35

Azərbaycan  minimum əmək haqqının artım tempinə görə dünyada ikinci ölkə olub.

 

Modern.az Picodi.com beynəlxalq servisinə istinadla xəbər verir ki, ötən il ərzində dünyada minimum əmək haqqının artım tempinə görə Azərbaycan dünyada ilk "beşilk"də qərarlaşıb.

Belə ki, 2019-cu ilin 1 yanvarı ilə 2020-ci ilin 1 yanvarı tarixləri arasında ölkədə minimal əmək haqları 37,7% artıb və 148 dollar təşkil edib.

 

Minimum əmək haqqının ən çox artdığı ölkə isə Nigeriyadır. Belə ki, ötən il Nigeriyada bu göstərici 64,8% artıb.

Minimum əmək haqqının artım sürətinə görə ilk “beşlik”də Nigeriya və Azərbaycandan sonra Argentina (37,1%), Səudiyyə Ərəbistanı (33,3%) və Ermənistan (25,2%) qərarlaşıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir