Modern.az

Putindən çox önəmli AÇIQLAMALAR: Konstitusiya dəyişdirilir, eyni şəxs 2 dəfədən artıq prezident seçilə bilər

Putindən çox önəmli AÇIQLAMALAR: Konstitusiya dəyişdirilir, eyni şəxs 2 dəfədən artıq prezident seçilə bilər

Dünya

15 Yanvar 2020, 15:05

Rusiya prezidenti Vladimir Putin  Federal Məclisə sayca 16-cı illik müraciət edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkənin gələcək inkişaf perspektivlərindən danışan Rusiya lideri ölkə Konstitusiyasının dəyişməsindən danışıb.

 

“Ölkə Konstitusiyasının bir neçə müddəası dəyişdirilə bilər. Rusiya yenə də suveren dövlət olaraq qalmalı, beynəlxalq qanunvericiliyi yalnız Rusiya Konstitusiyasının müvafiq hissəsinə zidd olmaqdıqda ölkə ərazisində tətbiq edilə bilər”.

 

Putin ikili vətəndaşlığı yaxud xaricdə oturum icazəsi olan şəxslərin yüksək post əldə edə bilməyəcəyini söyləyib. Ölkə başçısı isə Rusiyada azı 25 il yaşamış, xarici ölkə pasportu olmayan şəxslərdən seçilə biləcək. O, ölkə başçısının “ardıcıl 2 dəfədən artıq prezident seçilə bilməz” ifadəsindən ardıcıl sözününü çıxarılmasını müzakirəyə çıxarmağın mümkünlüyündən danışıb.

 

Rusiya prezidenti qubernatorların hüquqlarının artırılmasına razılıq verib. Eyni zamanda, Dövlət Şurasının rolu və statusunun təsdiqlənməsi barədə fikir bildirib.

"Güclü prezident hakimiyyətinin saxlanılması ilə paralel, parlamentin baş nazir və hökumət üzvlərinin təsdiqində rolunun artırılmasını lazımdır. Güc stukturları və ordu yenə də birbaşa prezidentin nəzarətində qalacaq".

Vladimir Putin 2020-ci ilin Rusiya üçün çox əhəmiyyətli il olacağını bildirib. Federal Məclisə müraciət 1 saat 10 dəqiqə çəkib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı