Modern.az

Ramiz Mehdiyevdən sələfinə ittiham: “AMEA-da xoş olmayan hallar yaşanıb” 

Ramiz Mehdiyevdən sələfinə ittiham: “AMEA-da xoş olmayan hallar yaşanıb” 

15 Yanvar 2020, 17:52

“AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”.

 

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

 

Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib.

 

“İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.

 

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabat məruzələri ilə çıxış ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir