Modern.az

Donald Tramp Çinə gedir

Donald Tramp Çinə gedir

15 Yanvar 2020, 22:13

ABŞ Prezidenti Donald Tramp Çinə gedir.

Modern.az xarici mediaya istinadən  xəbər verir ki, Donald Tramp ikitərəfli iddiaların həlli ilə bağlı ticarət razılaşmasının birinci mərhələsində ABŞ-Çin sazişinin imzalanmasına “qarşılıq vermək” üçün yaxın vaxtlarda Çinə səfər etməyə hazır olduğunu bildirib.

İki ölkə arasında ticarət razılaşmasının birinci mərhələsində sazişin imzalanması ilə bağlı keçirilən tədbir zamanı bu barədə danışan Tramp deyib ki, çox yaxın gələcəkdə qarşılıqlı razılığa gəlmək üçün Çinə gedəcək.


Amerika lideri ÇXR-in sədri Si Tsinpinin mərasimin yayımını “canlı izlədiyini” qeyd edib: “Bu gün biz vacib bir addım atırıq – əvvəllər Çin ilə əlaqədar bu istiqamətdə belə bir şey olmayıb – ədalətli və qarşılıqlı faydalı ticarətin gələcəyi naminə tarixi ticarət sazişinin birinci mərhələsinə imza atırıq”.


Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!