Modern.az

Kremldəki mənbə Putinin yeni planlarını mətbuata SIZDIRDI

Kremldəki mənbə Putinin yeni planlarını mətbuata SIZDIRDI

16 Yanvar 2020, 11:59

2024-cü ildə Rusiya prezidenti Vladimir Putinin “Vahid Rusiya” partiyasının sədrliyinə keçməsi gözlənilir.

 

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, dövlət quruluşunun formatının dəyişdirilməsində bu əsas qərar olacaq.

Putinin 2024-cü ildə hakim partiyaya rəhbərlik edəcəyi barədə informasiya prezident administrasiyasına yaxın mənbədən sızdırılıb.

“Partiya hökumət üzərində ciddi nəzarətə malik olacaq, gələcək prezident isə bu reallıqla hesablaşmalı olacaq”-deyə adı açıqlanmayan mənbə bildirib.

 

Paralel olaraq, hakimiyyət dəyişikliyinin digər formaları – Dövlət Şurası yaxud Təhlükəsizlik Şurasına keçid də istisna olunmur.

“Hər şey, prezidentin qeyd etdiyi səlahiyyətləri hansı formada dəyişdirəcəyindən gedir”-deyə politoloq Yevgeni Minçenko söyləyib.

 

Ötən gün Putin  Federal Məclisə müraciətində Dövlət Dumasını baş nazirin namizədliyini razılaşdırması və baş nazirin təklifi ilə hökumət üzvlərini, baş nazirin müavinləri təsdiqləməsini Konstitusiyaya daxil etməyi təklif edib.

Eyni zamanda, prezident Dumanın irəli sürdüyü namizədləri geri çevirə bilməsə də, baş nazirə inamın itməsi yaxud onun səlahiyyətlərini icra edə bilməməsi halında istefaya göndərə biləcək. Ordu və güc stukturlarının təsdiqlənməsi zamanı Federasiya Şurası ilə məsləhətləşmələr də təklifdə yer alıb.

 

Senatorlar prezidentin təklifi ilə Konstitusiya Məhkəməsinin hakimlərini də dəyişə biləcək. Ölkə başçısının sorğusu ilə, Konstitusiya Məhkəməsi parlamentin qəbul etdiyi lakin prezidentin imzalamadığı qanun layihələrinin ölkə qanunlarına uyğun olub-olmamasını araşdıracaq.

 

Putinin Federal Məclis qarşısında illik çıxışından bir neçə saat sonra baş nazir Dmitri Medved hökumətin tam tərkibdə istefaya getdiyini açıqlamışdı. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI