Modern.az

Rusiyanın yeni Baş Naziri məlum oldu

Rusiyanın yeni Baş Naziri məlum oldu

Dünya

16 Yanvar 2020, 16:37

Rusiya Federasiyasının yeni Baş Naziri məlum olub.

 

Modern.az xəbər verir ki, bu gün Dövlət Dumasında bununla bağlı müzakirələr keçirilib, fraksiya rəhbərləri çıxış ediblər. Daha sonra məsələ səsverməyə çıxarılıb. 383 deputat lehinə səs verib, 41 deputat isə bitərəf qalıb.

 

Deputatlar Prezident Vladimir Putin tərəfindən Baş Nazir vəzifəsinə namizədliyi irəli sürülmüş Mixail Mişustinə etimad göstəriblər. Bununla da, Mixail Mişustin Rusiyanın Baş Naziri seçilib.

 

Xatırladaq ki, ötən gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib. Bundan sonra Prezident Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşərək ona ölkənin Baş Naziri vəzifəsini təklif edib. Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür