Modern.az

“Anadolu”nun jurnalistlərindən biri sərbəst buraxıldı

“Anadolu”nun jurnalistlərindən biri sərbəst buraxıldı

16 Yanvar 2020, 23:45

Türkiyənin “Anadolu” agentliyinin Qahirədəki ofisində saxlanılan əməkdaşlarından biri sərbəst buraxılıb.


Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, Türkiyə vətəndaşı Hilmi Balcıdır. Daha 3 əməkdaş -  Misir vətəndaşları Hüseyn əl Kabbani, Heseyn əl Abbas, Abdulsalam Məhəmməd haqqında isə hələlik məlumat yoxdur. "Anadolu" agentliyinin baş direktoru Şenol Kazancı girov qarşılığında onların da sərbəst buraxılması üçün çalışdıqlarını bildirib.



Qeyd edək ki, yanvarın 14-də “Anadolu” agentliyinin Misirdəki ofisinə polis basqını nəticəsində 4 jurnalist bilinməyən səbəblərdən saxlanılaraq naməlum istiqamətə aparılıb. ABŞ Xarici İşlər Nazirliyi, BMT, Beynəlxalq Jurnalisltər Federasiyası kimi qurumlar Misir polisini bu addımından dolayı qınayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir