Modern.az

Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR  - II HİSSƏ

Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR  - II HİSSƏ

Dünya

17 Yanvar 2020, 09:30

Konstitusiya ölkənin ali qanunlar toplusu kimi istər vətəndaş, istərsə də dövlət üçün çox böyük əhəmiyyət kəsb edir. İctimai həyatı qaydalara uyğun idarə etməyə imkan verən, dövlətlə vətəndaş arasında tənzimləyici rol oynayan və fərdin cəmiyyətdə yerini müəyyənləşdirən Konstitusiya bəzən qalmaqallı maddələri ilə diqqət cəlb edir.

 

Bəzi ölkələr ərazi iddialarını ölkə Konstitusiyasına da daxil edir.

Modern.az qonşu ölkəyə ərazi iddialarını Konstitusiya sənədində rəsmiləşdirən ölkələrin siyahısının 2-ci hissəsini təqdim edir. (I hissə    //modern.az/az/news/223644)

 

 

İrlandiyanın Böyük Britaniyaya ərazi iddiası...

Uzun əsrlər boyu Böyük Britaniyanın tərkibində olan İrlandiya üsyan qaldıraraq, 1921-ci ildə müstəqillik əldə etdi. Bu zaman adanın şimal hissəsi Böyük Britaniyanın tərkibində qaldı.

 

1937-ci il dekabrın 29-da qəbul olunan İrlandiya Konstitusiyasının 2-ci maddəsi rəsmi Dublinin ölkə ərazisinin bütün adaya və ətraf ərazilərə şamil olunduğunu yazır.  

“Xalqa məxsus olan ərazilər İrlandiya adasından, qonşu adalardan və dəniz ərazilərindən ibarətdir”.

 

Argentinanın Folklend Adalarına iddiası

1765-ci ildə Böyük Britaniya bu adanı öz tərkib hissəsi elan etsə də, 1776-cı ildə adanı tərk etməli olurlar. 1776-1811-ci illərdə isə Folklend Adaları Argentinanı da idarə edən İspaniya qubernatoru tərəfindən ifadə olunur. Lakin 1811-ci ildə Argentina müstəqillik əldə etdikdən sonra Folklend müstəqil olur. 1833-cü il yanvarın 2-də Böyük Britaniya donanması Folklend Adalarına qoşun çıxaraq, ərazini yenidən öz tərkib hissəsi elan edir. XX əsr boyu Argentina Malvin Adaları adı verdiyi ərazini geri qaytarmağa çalışırdı. 1982-ci ildə buna görə iki ölkə arasında hətta müharibə də olmuşdu.

 

Argentinanin əsas qanunlar toplusu 129 maddə və 17 keçid maddədən ibarətdir. Folklend *Malvin) Adaları barədə 17 keçid bəndin 1-ci maddəsində məlumat var.

“Argetina Respublikası Malvin Adaları, Cənubi Georgi və Cənubi Sendviçev adaları, həmçinin, onların daxili və dəniz sərhədlərini öz milli ərazisi hesab edir. Bu ərazilərin qaytarılması və onlar üzərində milli suverenliyin bərpası yerli sakinlərə hörmət və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında Argentina xalqının əsaq qayələrindən biridir”.

 

Qəmər Adaları İttifaqının Fransaya ərazi iddiası

Afrikanın şərqində yerləşən Qəmər Adaları İttifaqı 1965-ci il iyulun 6-da müstəqillik elan edib. XIX əsrdən Fransanın müstəmləkəsi olan 4 ən iri adadan 3-ü bu zaman müstəqillik qazanır. Anjuan, Qrand-Komor və Moheli adaları Qəmər Adaları İttifaqında birləşsə də, sonuncu iri ada sayılan Mayotta sakinlərinin 64%-i Fransanın tərkibində qalmağa səs verdi.

 

Buna baxmayaraq, 2001-ci ildə qəbul edilmiş Qəmər Adalarının Konstitusiyası Mayottanı da öz ayrılmaz tərkib hissəsi elan edib. Bu barədə ali qanunlar toplusunun 4-cü maddəsində məlumat var.

“Qəmər Adaları İttifaqı - Anjuan, Qrand-Komor, Moheli və Mayotta adalarından ibarət federativ respublikadır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!