Modern.az

ABŞ etiraf etdi: İranın raket hücumu zamanı 11 əsgər beyin sarsıntısı keçirib

ABŞ etiraf etdi: İranın raket hücumu zamanı 11 əsgər beyin sarsıntısı keçirib

Dünya

17 Yanvar 2020, 09:46

İranın ABŞ-ın İraqdakı hərbi bazalarına hücumu nəticəsində 11 ABŞ əsgəri beyin sarsıntısı keçirib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İranın İraqdakı Ayn əl-Əsəd bazasına raket zərbəsi zamanı sarsıntı keçirən ABŞ əsgərləri Almaniyada və Küveytdəki hərbi sağlamlıq mərkəzlərinə yerləşdirilib.

 

ABŞ Mərkəzi Komandalığının (CENTCOM) sözçüsü polkovnik Bill Urban, "8 yanvarda İranın təşkil etdiyi hücumda heç bir ABŞ əsgəri öldürülməsə də, bir neçə əsgərin partlayış səbəbindən meydana gələn sarsıntı səbəbiylə müalicəsi davam etdirilir" deyə, bildirib.

 

B.Urban əsgərlərin müalicə psoseduru bitdikdən sonra İraqa qayıdacağını da deyib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı