Modern.az

Polşada azərbaycanlılara pulsuz xidmət: Bütün ölkələrdə belə olacaq

Polşada azərbaycanlılara pulsuz xidmət: Bütün ölkələrdə belə olacaq

17 Yanvar 2020, 10:40

Dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlılar üçün pulsuz hüquqi yardım göstəriləcəyi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bir müddət öncə ANONS verilmişdi.

 

Artıq ötən gün Polşada bu məsələyə start verilib. Beləliklə, 2020-ci ildən başlayaraq Polşada  yaşayan azərbaycanlılar pulsuz hüquqi yardım ala biləcəklər.

 

Polşa Mərkəzinin rəhbəri Cavid Zeynalov Modern.az-a açıqlamasında bildirib ki, ilk dəfədir ki, Polşada yaşayan azərbaycanlılara belə yardım göstəriləcək:

 

“2019-cu ilin noyabrında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfər etmişdi. Polşada yaşayan azərbaycanlıların çoxu, o cümlədən tələbələr Fuad Muradovla görüşmüşdü. Dövlət Komitəsinin sədri görüş zamanı azərbaycanlıların əsas problemlərini soruşmuşdu. Həmin vaxt biz azərbaycanlılar hüquqi yardıma ehtiyacımızın olduğunu dilə gətirdik. Çünki bəzi məsələlər var ki, onları həyata keçirtmək çətin olur.

 

Məsələn, tələbələr viza almaq üçün bilmirlər kimə müraciət edib sonra oturum kartı alsınlar. Tutaq ki, kimsə ailəsini gətirib bura yerləşdirir. Bu zaman sənədləşmə problemləri yaranır və sairə. Buna görə də  Polşa Azərbaycanlıları Assosiasiası olaraq təklif kimi hüquqi yardım mərkəzinin yaradılmasını səsləndirdik. Beləliklə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hüquqi yardım mərkəzi yaradıldı”.

 

Cavid Zeynalovun sözlərinə görə, ən böyük dəstəyi Azərbaycan hökuməti edib:

 

“Layihəni Polşa Azərbaycanlıları Assosiasiası yazıb. Dəstək isə Azərbaycan dövlətindən gəlib. Həftədə bir dəfə 2 saat olmaqla hüquqşünas Pyotr Savic Polşa Azərbaycanlıları Assosiasiasının ofisində istənilən azərbaycanlı ilə görüşüb ona pulsuz hüquqi yardım göstərəcək. Pyotr Savic tanınmış vəkildir. Polşada yaşayan xaricilərlə məşğuldur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok