Modern.az

Heydər Əliyev Fondu kimsəsiz, şəhid və qaçqın işaqları üçün şənlik təşkil edib

Heydər Əliyev Fondu kimsəsiz, şəhid və qaçqın işaqları üçün şənlik təşkil edib

Təhsil

30 Dekabr 2009, 20:53

Dekabrın 3-da Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənliyi keçirib.
Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak eibb, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşüb. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət ediblər, onlarla şəkil çəkdiriblər.
Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün əyləncəli tamaşalar göstərilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bayram şənliyindəki çıxışında uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, gələcək uğurlar, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.

M.Əliyeva bildirib ki, yola saldığımız 2009-cu il “Uşaq ili” elan olunub və bu sahədə də ölkədə bir çox mühüm addımlar atılıb: “2009-cu ildə Azərbaycanda 68 yeni məktəb binası və əlavə korpuslar inşa olunub, 28 məktəbdə əsaslı təmir aparılıb, 10-dan artıq körpələr evi və uşaq bağçası təmir edilib və yenidən qurulub.
Heydər Əliyev Fondu da bu sahədə öz fəaliyyətini davam etdirir. Bu il Ağdaş şəhərində uşaq musiqi məktəbi inşa olunaraq istifadəyə verilib. Şamaxı şəhərində Nəsimi adına uşaq incəsənət məktəbinin təməli qoyulub. Bir çox beynəlxalq görüşlər keçirilib. Oktyabr ayında Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans, I Uşaq Forumu, olimpiada keçirilib. Bir sözlə, 2009-cu ildə bir çox mühüm, vacib işlər həyata keçirilib və nailiyyətlər əldə edilib.
Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da, əziz uşaqlar, sizlərin gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə bu gün bütün işlər sabah üçün – sizin üçün görülür.
Mən bir daha sizə təhsilinizdə, öz həyatınızda böyük-böyük uğurlar, yaxşı, möhkəm cansağlığı, yaxşı əhval-ruhiyyə arzulayıram. Qeyd etmək istəyirəm ki, bu il Heydər Əliyev Fondu sizin üçün bu bayramı yeni bir məkanda - yenə də bu il, 2009-cu ildə istifadəyə verilmiş “Buta” sarayında keçirir. Əminəm ki, siz bu sarayı, bu şənliyi sevəcəksiniz və yadınızda saxlayacaqsınız.
Sizi bir daha ürəkdən təbrik edirəm, öpürəm, ən xoş arzularımı çatdırıram!”.

Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi və Azərbaycan bəstəkarlarının 16 populyar və sevilən uşaq mahnısından ibarət yeni disk hədiyyə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir