Modern.az

Baş nazir və spikeri güllələyən şəxs Paşinyana YAZDI

Baş nazir və spikeri güllələyən şəxs Paşinyana YAZDI

Dünya

17 Yanvar 2020, 14:20

Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də terror aktı törədən silahlı qruplaşmanın rəhbəri Nairi Unanyan baş nazir Nikol Paşinyana məktub yazıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 8 yüksək vəzifəli şəxsin ölümü ilə nəticələnən insidentin səbəbkarının hökumət rəhbərinə nələr yazdığı məlum deyil.

“Qrapark” (Meydan) qəzeti isə öz mənbələrinə istinadla xəbər verir ki, Nairi Unanyan Baş Prokurorluğun parlamentə hücumla bağlı cinayət işini yenidən açmasını alqışlayıb.

 

O cinayətin təşkilatçıları ilə bağlı yeni ifadə verməyə hazır olduğunu elan edib. Xatırladaq ki, Ermənistan parlamentinə hücum zamanı baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçiyan daxil olmaqla, 8 nəfər ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir