Modern.az

Türkiyədə reytinq rekordları qıran “Yemin” serialının azərbaycanlı ulduzu - FOTOLAR

Türkiyədə reytinq rekordları qıran “Yemin” serialının azərbaycanlı ulduzu - FOTOLAR

Mədəni̇yyət

18 Yanvar 2020, 09:31

Son zamanlar Azərbaycanlı məşhurları Türkiyə telekanallarından tez-tez izləmiş oluruq. Kimisi musiqi yarışmalarında, kimisi isə seriallara çəkilməklə yetəri qədər məşhurluq qazanır. Bu dəfəki söhbət açacağımız sima Türkiyənin məşhur “Yemin” serialında “Narin “obrazı ilə hər kəsin qəlbini ovsunlayan Yağmur Şahbazova oldu.

 

Əslində aktrisa olmağı düşünməyən Yağmur, bu sənətə təsadüfən gəlir. Onu da bildirək ki, Yağmur Şahbazova  əməkdar artist Esmiralda Şahbazovanın qızıdır. Əvvəllər model kimi fəaliyyət göstərən Yağmur, bir gün anasının çəkildiyi “Tək olanda qorxma” serialını izləmək üçün məkana gəlir. Rejissor Yağmuru görərək onu  seriala dəvət edir. Beləliklə şans aktrisanın  üzünə gülmüş olur. Bir çox seriallara dəvət alan Yağmurun  kariyerasında ən böyük uğuru “Vicdan haqqı” serialına çəkilməklə başlayır. Burda Nərmin obrazı ilə bütün tamaşaçının rəğbətini qazanır. Hər kəsə maraqlıdır bəs necə oldu ki, Yağmur Şahbazova türk serialına dəvət aldı?

 

Bu sualla Modern.az-ın əməkdaşı aktrisanın anası ilə əlaqə saxlayıb.

 

Sualımızı cavablandıran Əməkdar artist, İrəvan Dram Teatrının aktrisası Esmiralda Şahbazova bunları söyləyib:

 

“İnanın bizim Türkiyə dövləti ilə heç bir əlaqəmiz olmayıb. Qəfil zəng gəldi, türkiyəli rejissorlar bildirdilər ki, Yağmur xanım biz sizi instaqram səhifəsindən izləmişik. Açığı onlar şəkillərdən elə biliblər ki,Yağmur burda model kimi fəaliyyət göstərir.Yəni onun aktrisa olmağını həmin məqamda öyrəndilər.Yəqin ki, bilirsiniz Yağmur Azərbaycanda bir neçə seriala çəkilib. İlk çəkildiyi serial Nadir Diridağlının “Tək olanda qorxma” serialıdır. Daha sonra Vicdan haqqı serialında Nərmin obrazıyla çıxış edib”.

 

Əməkdar artist Yemin serialına xeyli Azərbaycanlı  xanımlarının iddialı olduğunu da bildirib:

 

“Əslində bu seriala çəkilmək üçün Türkiyədən xeyli azəri tələbə aktrisaların dəvət edildiyini gördük. Məhz Yağmuru 90 nəfərin içərisindən seçdilər. Bizə dedilər ki, gedin biz sizinlə əlaqə saxlayacağıq. Nəhayət “Karamel” yayım şirkətindən zəng gəldi ki,Yağmur xanım siz artıq seçilmisiniz və sizi Türkiyəyə dəvət edirik.  Belə ki, iyulun axırlarından məşq çəklişləri başladı. Avqustun  1-dən isə artıq Yağmur seriala çəkildi. Hazırda Yağmur Türkiyədədir. Yemin serialı həftə içi hərgün efirə  getdiyinə görə, qızım hərgün çəklişdə olur. Təvazökarlıqdan uzaq olsa da bildirmək istəyirəm ki, mən Yağmurla bağlı heç bir informasiya agentliyinə danışmaq istəmirdim. Sadəcə sizin sayta hörmətim olduğu üçün danışmaq istədim. Hərkəsə də işlərində uğurlar arzulayıram ”.

 

Qeyd edək ki,Yağmur Şahbazova Türkiyənin  məşhur kanallarından biri olan Kanal 7 də yayımlanan “Yemin” serialında Narin obrazında çıxış edir. Həftə içi hərgün saat 19:00 da tamaşaçıların görüşünə gələn serialda Yağmur Şahbazova baş rolun ifaçısı Kamalın sevgilisi obrazını canlandırır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir