Modern.az

Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR

Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR

Aktual

18 Yanvar 2020, 15:24

Deputatlığa namizəd Çingiz Qənizadə günün ikinci yarısı da görüşlərini davam etdirib.

 

Modern.az xəbər verir ki, Çingiz Qənizadə İmişlinin Qaralar və Cavadxanlı kəndlərində görüşlər keçirib.

 

Çingiz Qənizadə özü və beynəlxalq fəaliyyəti, qanunvericilik məsələləri ilə bağlı kənd camaatına məlumat verib.

Daha sonra çıxış edən seçicilər Çingiz Qənizadə tərəfindən ərizə və şikayətlərinin vaxtlı-vaxtında cavablandırılmasını, hər bir seçicinin telefon zənglərinə cavab verməsini xüsusi qeyd ediblər. Həmçinin uşaqpulunun bərpa olunmasını da deputatlığa namizəddən xahiş ediblər. Çingiz Qənizadə hər bir məsələni diqqətdə saxladığını deyib. Seçicilər deputatlığa namizədi böyük coşğuyla alqışlayıblar. Kənd camaatı yenə də Çingiz Qənizadəyə səs verəcəklərini bildiriblər.

 

Sonda Çingiz Qənizadə seçiciləri fərdi qaydada qəbul edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi