Modern.az

Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR

Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR

Ölkə

19 Yanvar 2020, 12:00

Yanvarın 18-də Novruz Aslanov öz vəkilləri ilə birgə öncə dağlıq ərazidə yerləşən Zərnava kəndində, daha sonra Yeniyol, Təzəkənd, Tircan və Maçaxı kəndlərində seçicilərlə görüşlər keçirib. İki gündə Novruz Aslanov ucqar dağ kəndləri də daxil olmaqla 11 kənddə görüşlərini davam etdirib.

 

Namizəd öz çıxışında dövlətin bölgələrdə həyata keçirdiyi genişmiqyaslı islahatlardan danışaraq İsmayıllı sakinlərinin də bu işlərə böyük önəm verdiklərini bildirib, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanının İsmayıllı rayonuna səfərlərindən, sakinlərlə səmimi ünsiyyətindən danışıb. Xüsusilə, kəndlərin qazlaşdırılmasını, yolların asfaltlanmasını, kəndlərdə su və enerji probleminin həllini önə çəkərək belə məsələlərin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb və İsmayıllı rayonunun da bu layihələrdən bəhrələndiyini seçicilərin nəzərinə çatdırıb.

 

14 illik deputatlıq fəaliyyəti dövründə daim rayon sakinləri ilə görüşdüyünü, mövcud problemlərin həllinə çalışdığını və bir çox məsələlərin həll olunduğunu, hər il fəaliyyəti barədə Hesabat jurnalı çap etdirərək mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, xarici diplomatik korpuslara təqdim etdiyini söyləyib. Sakinlər də öz növbəsində onlarla görüşə gəldiyi üçün Novruz Aslanova təşəkkür edib, fəaliyyəini yüksək qiymətləndiriblər.

 

Novruz Aslanovun seçki qərargahından bildirmişlər ki, təşviqat qrafikinə uyğun olaraq hər gün 5-6 kəddə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə görüşlər İsmayıllı rayonunun 86 kəndinin hamısını əhatə edəcək.

 

Əlavə olaraq bildirək ki, 2019-cu ilin yay aylarında Novruz Aslanov 50-dən çox kənddə görüş-qəbullar keçirib. Buna baxmayaraq təşviqat dövründə bu kəndlərə yenidən səfərlər ediləcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü