Modern.az

Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz

Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz

Ölkə

19 Yanvar 2020, 15:07

Qara həsrət Bakı sakinlərinə müjdə var. Rayonlara güclü qar yağıb. Yanvarın 19-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 33 mm, Lerikdə 14 mm, Astarada 12 mm, Yardımlıda 9 mm, Ordubadda 3 mm, Naxçıvan və Şahbuzda 2 mm, Ağdərə(Ordubad), Sədərək, Qusar, Quba, Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.

 

Qar örtüyünün hündürlüyü isə Lerikdə 55 sm, Sarıbaşda(Qax) 39 sm, Kişçayda 14 sm, Ordubadda 10 sm, Yardımlı, Xınalıq, Altıağacda 8 sm, Xaltan, Qrızda 7 sm, Şahbuzda 5 sm, Naxçıvanda 4 sm, Şahdağda 3 sm, Şərur və Şahbuzda 2 sm, Gədəbəy, Şəki, Qubada 1 sm olub. Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 11-14 dərəcə şaxta olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər