Modern.az

Sahibə Qafarova seçiciləri ilə görüşüb

Sahibə Qafarova seçiciləri ilə görüşüb

19 Yanvar 2020, 15:42

YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib.

 

Modern.az xəbər verir ki, 9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Sahibə Qafarova təbliğat – təşviqat kampaniyası çərçivəsində ilk görüşünü Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Mərkəzinin akt zalında keçirib. Tədbiri giriş sözü ilə açan partiyanın Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputatlığa namizəd Sahibə Qafarova barədə məlumat verib. S.Qafarovanın millət vəkili kimi daim seçiciləri və ölkəmizi ən müxtəlif tribunalarda uğurla təmsil etdiyini deyən F.Vəliyev fevralın 9-da hər kəsi seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıb.

 

Görüşdə çıxış edən Sahibə Qafarova əvvəlcə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun möhtəşəm nəticələri barədə geniş məlumat verib. S.Qafarovanın sözlərinə görə, Azərbaycan ötən 16 ildə böyük nailiyyətlər qazanaraq bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və qüdrətli dövlət kimi qəbul olunur.

 

YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirən S.Qafarova yenidən seçicilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə bu etimadı doğrultmaq üçün çalışacağını bildirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir