Modern.az

Musa Quliyev şəhid ailələrini ziyarət etdi

Musa Quliyev şəhid ailələrini ziyarət etdi

Ölkə

19 Yanvar 2020, 16:11

Gəncənin millət vəkili, Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Musa Quliyevin seçıcilərlə evdən-evə görüşləri davam edir.

 

Modern.az xəbər verir ki, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd M.Quliyev yanvarın 19-da şəhid kəşfiyyatçı  Fərid Şabanovun anası Qətibə xanımla, 20 yanvar şəhidi Valeri Boqdanovun anası  Valentina Boqdanova ilə, həmçinin  1-ci qrup Qarabağ əlili Rauf Qəmbərovla görüşmüş, son illərdə ölkəmizin əldə etdiyi uğurlar və qarşıdan gələn seçkilər barədə onlarla fikir mübadiləsi aparmışdır. Çox səmimi keçən görüşlərdə şəhid anaları və Qarabağ qazimiz ölkəmizdəki sabitlik və inkişafdan danışmış, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Deputatlığa namizəd Musa Quliyevin növbəti görüşü Natəvan qəsəbə sakinləri ilə olmuşdur. Qəsəbə sakinləri Yeni Azərbaycan Partiyasının siyasi kursunu dəstəklədiklərini bildirmiş, eyni zamanda  qəsəbə infrastrukturunun yaxşılaşdırlıması ilə bağlı təkliflərini diqqətə çatdırmışlar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər