Modern.az

Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”  

Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”  

20 Yanvar 2020, 09:47

20 Yanvar hadisələrinin ertəsi gün... Sovet Ordusu Bakını qana bələyib. AzTV-nin enerji bloku partladılıb. Azərbaycan informasiya blokadasındadır...

 

Həmin günlər Azərbaycan xalqının informasiya mənbəyi “Azaflıq” radiosu və Şuşa şəhərindən yayımlanan telekanal idi.

 

“Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılandan sonra insanların informasiya alması mümkünsüz oldu. Bu boşluğu doldurmaq, insanlara hadisələrin gedişi haqqında məlumat vermək üçün “Şuşa” kanalı fəaliyyət göstərirdi”.

 

Bunu Modern.az saytına açıqlamasında həmin vaxt “Şuşa” kanalında çalışımış  Fəxrəddin Hacıbəyli illər öncəki günləri xatırlayarkən bildirdi.

 

““Şuşa” kanalı gün ərzində 3-4 saat yayımlanırdı. Verilişləri AzTV-nin əməkdaşları ilə birgə hazırlayırdıq. Bu verilişlər operator Şakir Gülməmmədovun, sonradan Şuşa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizami Bəhramovun, şəhid telejurnalist Alı Mustafayevin birgə səyilə ərsəyə gəlirdi.

 

Azərbaycan ictimaiyyətini olanlardan hali etmək üçün biz fəaliyyət göstərirdik. Şuşada yayımlanan televiziyanın fəaliyyətinə mane olmaq üçün ermənilər xüsusi bir avadanlıq quraşdırmışdılar ki, informasiya ötürülməsinin qarşısını alsınlar. Bu mənfur hərəkətlə bizim telekanalın dalğaslnı pozmağa çalışırdılar”.

 

Fəxrəddin Hacıbəyli deyir ki, həmin dövrə Şuşa şəhərinin hərbi komendantı da Azərbaycanla bağlı əsl həqiqətlərin KİV-də yayımlanmasını istəmirdi.

 

”Şuşanın komendantı birmənalı şəkildə bizə insanlarla görüşməyi onlardan müsahibə almağı qadağan eləmişdi. Deyirdilər ki, nə bilim fövqəladə vəziyyətdi, milli münaqişələri qızışdırmaq lazım deyil. Bax belə şeylər var idi. Amma bizə kömək edən insanlar da olub. Onlardan biri Nizami Bəhmənov idi. Sonradan Şuşa İcra Hakimiyyətinin başçısı oldu”-deyə Fəxrəddin müəllim qanlı-qadalı günlərə bir daha nəzər saldı.

 

Müsahibizin sölərinə görə, həmin vaxtlar informasiya qıtlığını çətinliklə dəf edirdilər:

 

”O vaxt informasiya qıtlığı idi. Bilirsiniz ki, informasiya qıtlığı olanda dezinfromasiyalar sürətlə ayaq açıb yeriyir. Amma buna baxmayaraq, o vaxtın jurnalistləri arasında mən də daxil olmaqla boş oturmadıq.

 

İnformasiyanı biz Şuşanın komendantından, Şuşa rayon İcra Hakimiyətindən almağa çalışırdıq. O vaxt Şuşanın icra başçısı Mikayıl Gözəlov idi. Sonra müəmmalı şəkildə onu kabinetində qətlə yetirdilər. Kabinetinə bir nəfər girib onu öldürmüşdü. Kim göndərmişdi onu, niyə göndərmişdi, hansı səbəblərdən öldürüldü, bu günədək gizli qalıb. Mikayıl Gözəlov vətənpərvər insan idi, canıyla qanıya torpağa bağlıydı. Ən düzgün informasiyaları bizə o verirdi. Heç kimdən çəkinmədən, o vaxtkı hakimiyyətdən qorxmadan bizə dəqiq informasiyalar çatdırırdı. Elə bu səbəblərdən “Şuşa” kanalının fəaliyyətində əvəzolunmaz xidmətləri olan icra başçısı Mikayıl Gözəlovu müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirdilər.

 

Bizim bir operatorumuz var idi, Zakir Məmmədov. Onun da zəhmətini qiymətləndirmək lazımdır. Ən çox onunla çəkilişlərə gedirdik.
Biz çətinliklər içində idik. O vaxtkı rəhbərliyin özü istəmirdi ki, xalq həqiqəti bilsin. Bizim əsas çətinliyimiz bu idi. O vaxt özünə qəhrəman imici yaratmış insanlar bizə işləməyə imkan vermirdi. Yəqin, bilirsiz ki, onlar kimdi. İnformasiyanı əldə etməyə maneə yaradırdılar. O vaxtkı dövlət rəhbərliy, məmurlar bizə senzor qoymuşdu. Elə şey var ki, onları çəkib verməyə qoymurdurlar.

 

İkinci bir çətinliyimiz isə təbii ki, düşmən tərəfindən gəlirdi. Ermənilər hər vəchlə Şuşa televiziyasının işinə əngəl törədirdilər. Tamaşaçılar bizim verilişlərə normal baxa bilmirdilər”.

 

Qeyd edək ki, Fəxrəddin Hacıbayli hazırda Ağdam Dram Teatrının direktoru vəzifəsində çalışır.

 

Gülşən Raufqızı
Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi