Modern.az

“İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov

“İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov

20 Yanvar 2020, 10:43

Parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına edilən şikayətlərin sayı azdır.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Şəhidlər Xiyabanını ziyarətində danışıb.

 

MSK sədri bildirib ki, yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun olan şikayətlərin sayı deyil, ümumilikdə şikayətlərin sayında azalma müşahidə olunur:

 

"Elə şikayətlər var ki, onlar biz istəsək də onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nın iclasında müzakirəyə çıxarıla bilməz. Belə şikayətlər də daxil olmaqla, MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib".

 

M.Pənahov bildirib ki, seçkidə iştirak üçün rekord sayda namizədlərin qeydə alınması müsbət haldır:

 

"Görünür ki, artıq insanlar cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. İctimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub