Modern.az

Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist vəfat edib

20 Yanvar 2020, 12:09

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva 89 yaşında vəfat edib.

 

Modern.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

 

1987-ci ildə "Azərinform"da (indiki "Azərtac") işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

 

2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir