Modern.az

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür

Ölkə

31 Dekabr 2009, 12:02

Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan hər il 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur.
Bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir.
Həmrəylik gününün tarixi 18 il əvvəldən-1989-cu ildə Naxçıvanda Güney Azərbaycanla sərhəd dirəklərinin sökülməsindən başlayıb.
1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar qəbul etdi.
1993-cü ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi bayram élan edilib.

 

İndi bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlı qeyd edir.
Modern.az Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğur, 2010-cu ildə isə böyük Qarabağ münaqişəsinin həllinə nail olmağı arzulayır.
Tanrı sizləri qorusun!

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir