Modern.az

Azərbaycanda turizm bələdçiləri attestasiyadan keçiriləcək

Azərbaycanda turizm bələdçiləri attestasiyadan keçiriləcək

İqtisadiyyat

21 Yanvar 2020, 09:04

Bu ildən Azərbaycanda turizm bələdçilərinin attestasiyasına başlanacaq.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

 

Onun sözlərinə görə, bu ildən ATBA-nın məlumat bazasında qeydiyyatdan keçmiş ölkə üzrə 300 aktiv bələdçinin attestasiyası aparılacaq. Bununla bağlı elan fevral ayında veriləcək:

 

“Attestasiyadan uğurla keçən bələdçilərə turizm bələdçisi kartı veriləcək. Biz bütün bələdçiləri attestasiyadan keçirməyi planlaşdırırıq”.

 

S.Əsgərova qeyd edib ki, attestasiya 3 mərhələdən ibarət olacaq: "Birinci mərhələdə fənlər üzrə test imtahanından keçiləcək. İkinci mərhələdə bələdçi bilet çəkərək Attestasiya Komissiyasının üzvlərinin qarşısında şifahı imtahan verəcək. Üçüncü mərhələdə isə bələdçilər üçün imtahan keçiriləcək, onların avtobus və gəzinti turları ilə praktik peşə bilikləri yoxlanılacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir