Modern.az

Elza Seyidcahanın müzakirələrə yol açan SEÇKİ ŞÜARI“Bunları nəzərə alaraq fikirləşdim ki…”

Elza Seyidcahanın müzakirələrə yol açan SEÇKİ ŞÜARI: “Bunları nəzərə alaraq fikirləşdim ki…”

Mədəni̇yyət

21 Yanvar 2020, 12:30

Yanvarın 17-dən etibarən Azərbaycanda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri üçün təbliğat-təşviqat kampaniyasına start verilib. Hər bir namizədlərin özlərinin şüarıları olur. Bəzi namizədlərin maraqlı seçki şüarları sosial şəbəkələrdə müzakirə olunur.Bu şüarlardan biri də 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd, müğənni Elza Seyidcahanın “Səsinizə səs verməyə gəldim” şüarıdır.

 

Müzakirələrə yol açan şüarın ideyası barədə əməkdar artist Elza Seyidcahan Modern.az-a bunları söyləyib.

 

“Əslində mənim şüarım başqa idi. Süleyman peyğəmbərin kəlamlarında özünü göstərən“Hər şeyin öz vaxtı var” şüarını düşünürdüm.

Hətta başqa bir şüarım da “Tam zamanında gəldim” kimi səslənirdi. Bu şüarı söyləməkdə  əsas məqsəd  isə Şabran-Siyəzən camaatının mənə yaxınlaşaraq 2015-ci ildə namizədliyimə səs verdiyini söyləməsi olub. Hətta elə ailələr olub ki, həyat yoldaşı onu çölə çıxmağa qoymayıb. Ancaq mənə görə həmin qadınlar seçki dairəsinə gəlib, mənə səs veriblər. Bütün bunları nəzərə alaraq fikirləşdim ki, şüarım “Səsinizə səs verməyə gəldim” olsun. Hətta evdə yaxınlarım belə mənə söylədi ki, sən bəstəkarsan, bəlkə namizədliyini verməyəsən, bu yoldan imtina edəsən. Ancaq  qətiyyətlə söylədim ki, xeyir, mən bu yolla getməyə bilmərəm, çünki mən onların səslərinə səs verməyə gedirəm”.

 

Müğənniyə yaxın  dostları başqa dairədən səs verməyi məsləhət biliblər.

“Hətta yaxın dostlarım Nəsimi rayonundan namizədliyimi irəli sürməyi təklif etdilər. Onlar bunu keçən seçkilərdə Şabran-Siyəzən dairəsindən  namizədliyimi irəli sürdüyüm zaman baş verən hadisələrə görə söyləyirdilər. Bütün bunlara cavab olaraq söylədim ki, ya Şabran-Siyəzən bölgəsində namizədliyimi irəli sürəcəm, ya da heç bir zaman bu yolda addımlamayacam. Düşünürəm ki, biz əbədi millətin vəkiliyik. Biz kağız üzərində millət vəkili olmalıyıq ki, xalqımızın səsini dövlətimizə vaxtında çatdıra bilək.

 

 

Elza Seyidcahan təbliğat-təşviqat kampaniyasının İctimai Televiziyada aparılmasına baxmayaraq, “Space”də də efirdə görünməsinə aydınlıq gətirib. Onu bunu seçki pozuntusu hesab etmədiyini əlavə edib.  

 

 “Xeyir düşünürəm ki, hər bir namizəd seçki qayda-qanununa məsuliyyətlə yanaşır, heç bir qanun pozuntusuna yol verilmir. Hazırda  mənim televiziyalarda çıxışlarım gedirsə, nəzərinizə çatdırım ki, bu köhnə çıxışlardır. Təbliğat və təşviqat kampaniyası başlayandan mən heç bir telekanallara çıxmıram. Baxmayaraq ki,  gün ərzində çoxlu təkliflər alıram. Hər birinə təşəkkür edirəm ki, məni axtarırlar. Ancaq hələki mətbuatdan biraz kənar gəzirəm. İlk media qurumusunuz ki, seçki ərəfəsində  sizə açıqlama  verdim. Diqqətinizə görə minnətdaram".

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir