Modern.az

Dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq

Dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq

Diaspor

21 Yanvar 2020, 17:17

Bu il Diaspor Gənclərinin sayca üçüncü Yay Düşərgəsi keçiriləcək.

 

Modern.az xəbər verir ki,  Diaspor Gənclərinin Yay Düşərgəsi indiyədək 300-ə yaxın gənci bir ayara gətirib. Belə ki, 54 ölkədən 700-dən çox müraciət olunub.

 

48 ölkədən isə 265 azərbaycanlı  gənc Yay Düşərgəsinə qatılıb.

 

Qeyd edək ki, Diaspor Gənclərinin birinci Yay Düşərgəsi Şəkidə, ikinci Yay Düşərgəsi isə Şamaxıda keçirilib.

 

50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirak ilə qədim Şəki şəhərində təşkil olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi uğurlu sonluqla bitib.

 

Diaspor Gənclərinin II Yay Düşərgəsində  iştirak üçün 51 ölkədən yüzlərlə gənc müraciət edib. Müraciət edənlərin içərisindən 110 gənc düşərgədə iştirak hüququ qazanıb.

 

Yay Düşərgəsinin keçirilməsində məqsəd dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsidir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür