Modern.az

Trampın taleyi həll olunur

Trampın taleyi həll olunur

22 Yanvar 2020, 00:27

ABŞ Senatında Prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb.

Modern.az  xəbər verir ki, senatorların əksəriyyəti prosesin təşkili ilə bağlı yanvarın 21-də Senata təqdim olunan qətnaməni dəstəkləməyə hazırdır.

 

Senatdakı respublikaçıların lideri Mitç Makkonnell bildirib ki, prosedura əsasən öncə prokurorluğun aşağı palatadan nümayəndələri danışacaq: "Sonra prezidentin vəkili söz alacaq. Daha sonra senatorlara yazılı şəkildə hər iki tərəfə sual vermək imkanı veriləcək. Dördüncü mərhələdə Senat əlavə dəlillərə və ya şahidlərə ehtiyacın olub-olmaması barədə qərar verəcək.

Senatorlardan biri prosesin qaydasında dəyişiklik etməyə və ya konkret şahidləri çağırmağa və ya sənəd tələb etməyə çalışırsa, mən bu təşəbbüslərə imkan verməyəcəyəm, çünki Senat bu məsələləri sonrakı müddətdə həll edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi