Modern.az

Diaspor nümayəndələri deputatlığa namizədlərə müraciət etdi

Diaspor nümayəndələri deputatlığa namizədlərə müraciət etdi

Diaspor

22 Yanvar 2020, 11:00

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Azərbaycan Respublikası Milli Məclisinin VI çağırışına seçiləcək millət vəkillərinə müraciət ünvanlayıb.

 

Modern.az həmin müraciəti təqdim edir:

 

Hörmətli deputatlığa namizədlər!

 

Bildiyiniz kimi, parlamentdə xalqın seçdiyi nümayəndələr ilk növbədə dövlətin və xalqın maraqlarını qorumaqda, onların haqq səsini dünyaya çatdırmaqda, pozulmuş hüquqlarını bərpa etməkdə mükəlləfdirlər.

 

Dünya tarixində xalqların azadlığı uğrunda aparmış olduqları mübarizələr onların böyük əksəriyyətinin öz müstəqil dövlətlərini qurması ilə nəticələnmiş, bu yolda insanlar hürriyyətləri üçün canlarından belə keçməkdən geri çəkilməmişlər.

 

Təəssüf ki, bu günlərdə 30-cu ildönümünü qeyd etdiyimiz 1990-cı ilin Qanlı Yanvar hadisələrində müstəqilliyimiz naminə canından keçən şəhidlər üçün ancaq yas tutur, yürüş keçirir, məqalələr yazırıq. Onların, doğmalarının hüquqlarını, eləcə də, xalqımıza qarşı edilən hərbi cinayətlərin beynəlxalq hüquqi müstəvidə araşdırılması və cinayətkarların öz cəzalarını alması üçün heç bir məhkəmə və hərbi tribunallarda Milli Məclis tərəfindən aktiv iş aparıldığını görmürük. Yalnız bəyanatlar və mütaciətlər qəbul edir, bununla da kifayətlənirik.

 

Başqa bir təəssüfedici məqam ondan ibarətdir ki, namizədlərin seçki platformalarında Azərbaycan xalqına qarşı törədilən bir çox cinayətlərə beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi üçün konkret hərəkət planları yoxdur. Şübhəsiz ki, ölkənin qanunverici orqanına namizədlər daha qlobal məsələlərin həlli üçün seçilməli olduqlarını unutmamalıdırlar.

 

Hesab edirik ki, bu xüsusda dünyadakı Azərbaycan diaspor təşkilatları və beynəlxalq səviyyəli vəkillərdən böyük dəstək alaraq birgə fəaliyyətə başlaya bilərik. Dünya təcrübəsi belə deməyə əsas verir ki, zaman-zaman dövlətlərin müstəqilliyinə qarşı edilən cinayətlərlə mübarizə, pozulmuş hüquqların bərpası, ədalətin bərqərar olması üçün müxtəlif ölkələrin parlamentlərində bu kimi məsələlərlə bağlı qanunlar qəbul edilmiş, beynəlxalq ictimaiyyətə müraciətlər olunmuşdur.

 

Məsələn, Ukraynaya qarşı edilən təcavüz və hərbi cinayətlərlə bağlı parlamentin üzvləri hadisə baş verəndən sonra operativ olaraq qanun layihələri qəbul edərək Haaqa Tribunalına müraciət etdilər və prosesi öz dövlətlərinin xeyrinə dəyişə bildilər.

 

Dünyanın ədaləti tükənsə də, beynəlxalq ictimaiyyət məhz beynəlxalq hüquqla tənzimlənən proseslərə istinad edərək bərpa olunmuş ədaləti tanımalı olur. Azərbaycan auditoriyası üçün nəzərdə tutulmuş yazılarla əsas məqsədə nail olmaq qeyri-mümkündür. Ədalətin hüquqi tərəfdən bərpası beynəlxalq məhkəmələrdən keçir.

 

Təklif edirik ki, yeni parlament işə başlayan kimi Azərbaycana qarşı edilən cinayətlərlə (20 Yanvar, Xocalıda azərbaycanlıların qətliamı, Qarabağın Ermənistan tərəfindən işğalı, qaçqınların hüquqlarının pozulması və başqa cinayətlər) bağlı beynəlxalq məhkəmələrə və hərbi tribunallara Azərbaycan Respublikası adından parlament vasitəsilə rəsmi müraciətlər edilsin və cinayət işləri açılsın.

 

Düşünürük ki, yuxarıda sadalanan cinayətlərlə bağlı MM-də qanunlar və bəyanatlar qəbul olunmalıdır. Eyni zamanda parlament nümayəndələri, tanınmış hüquqşünaslar və xaricdə yaşayan nüfuzlu soydaşlarımızdan ibarət işçi qrupu yaradılmalıdır.

 

Bu reallıqdır ki, düşmənə müharibənin birinci hissəsini uduzmuşuq, ən azından beynəlxalq hüquq sistemində qələbəyə olan ehtiyyacımızı təmin etməliyik. Bunun üçün də fəal olmalı, məişət problemlərinin deyil, daha qlobal problemlərin arxasınca getməliyik. Bu, bizim həm də gələcək nəslə ağrılı problemləri miras qoymamağımız üçün çox vacibdir.

 

Cavadov Hikmət - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru

 

Cəfərov Murad - UABD-nin sədr müavini

 

Məhərrəmov Arzum - UABD-nin sədr müavini

 

İbrahimov Elşad - UABD-nin sədr müavini

 

Turanlı Fərhad - tarix elmləri doktoru, professor

 

Bağırov Məmməd - tibb elmləri doktoru, professor

 

Əliyev Tələt - fövqəladə və səlahiyyətli səfir, politologiya elmləri namizədi, professor

 

Əliyeva Zəminə - filologiya elmləri namizədi, dosent

 

Şərifov Firdovsi - fizika-riyaziyyat elmləri doktoru, kibernetika institutunun böyük elmi işçisi

 

Mükafat Əskərov - elmlər namizədi, professor

 

Əlimərdan Kərimov - UABD-nin Xerson təşkilatının sədri, kənd təsərrüfatı elmləri namizədi

 

Aslanov Hafiz - Müslüm Maqomayev fondunun prezidenti, texniki elmlər namizədi

 

Dursunov Malik - UABD-nin Xarkov vilayət təkilatının sədri, hüquq elmləri namizədi

 

Katib Məmmədov - Ukraynanın xalq rəssamı, professor

 

Əbiyev Ədalət - texniki elmləri namizədi, Kiyev Politexnik Universitetinin müəllimi

 

Yəhyayeva Firuzə - Ukrayna MTN Akademiyasının elmi işçisi

 

İsmayılov Sərxoş - Dnepr Azərbaycanlıları Liqasının sədri, iş adamı

 

Zeynalzadə Nadir - Ukrayna jurnalistlər birliyinin üzvü

 

Əliyev Fuad - Ukraynanın STB kanalının baş rejissoru

 

İskəndərova Elnarə - Kİyev texnologiya və dizayn universitetinin elmi işçisi

 

Əskərov Damət - Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri

 

İbrahimov Firuz - Dnepr Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri

 

Şakir Yəhyayev - Kiyev şəhəri müsəlman dini icmasının sədri

 

Həsənov Allahverdi - hüquqşünas, təqaüddə olan polis podpolkovniki

 

Kifayət Cəfərova - Aynur-Xatun qadınlar cəmiyyətinin sədri

 

Ələddin Məhərrəmov - UABD-nin Nikolayev vilayət təşkilatının sədri

 

Rac Qasımov - UABD-nin Jitomir vilayət təşkilatının sədri

 

Həsənli Həbib - UABD-nin Zaporoji vilayət təşkilatının sədri

 

Məmmədov Nurəli - UABD-nin Çerkas vilayət təşkilatının sədri

 

Tağıyev Eldar - UABD-nin Dnepr vilayət təşkilatının sədri

 

Əhmədova Könül - Dneprdə Azərbaycan Qadınlar Şurasının sədri

 

Seyidov Turxan - Zaporoji Azərbaycanlı Gənclər Təkilatının sədri

 

Allahverdiyev Vüsal - UABD-nin idarə heyətinin üzvü, iş adamı

 

Rüfət Şükürov - UABD-nin idarə heyətinin üzvü, iş adamı

 

Fail Abidov - UABD-nin idarə heyətinin üzvü

 

Tağıyev Rəşad - UABD-nin idarə heyətinin üzvü

 

Xanayev Hacı - UABD-nin idarə heyətinin üzvü, iş adamı

 

Məmmədov Ceyhun - UABD-nin idarə heyətinin üzvü, iş adamı

 

Şahmərdanov Elşad - UABD-nin idarə heyətinin üzvü, iş adamı

 

Zeynalov İqbal - diaspor fəalı, iş adamı

 

Bünyatov Rasəf - diaspor fəalı, iş adamı

 

İbrahimov Vidadi - diaspor fəalı, iş adamı

 

İskəndərov Mehman - diaspor fəalı, iş adamı

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır