Modern.az

Trampın impiçmenti: Senatda yekun səsvermə BAŞLAYACAQ

Trampın impiçmenti: Senatda yekun səsvermə BAŞLAYACAQ

22 Yanvar 2020, 11:23

ABŞ Senatı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan prezident Donald Trampın impiçment prosedurunun hansı şəkildə keçiriləcəyi ilə bağlı qərar verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Senatda Respublikaçı çoxluğun rəhbəri Mitç Makkonnelin təklif etdiyi qaydalara görə Trampın impiçmenti proseduru ilə bağlı məhkəmə bu gün başlayacaq. Məhkəmənin hakimi mühafizəkar hüquqşünas Con Roberts olacaq. İttiham edən tərəf kimi Demokratlar partiyasının Nümayəndələr Palatasındakı üzvləri, Trampın tərəfində isə onun vəkilləri çıxış edəcək.

 

Senatortlar isə andlı məhkəmənin üzvləri kimi tərəfləri dinlədikdən sonra yekun hökm verəcək. Əgər senatorların üçdən ikisi Trampı təqsirli bilərsə, prezident postu ondan alınaraq vitse-prezident Maykl Pensə keçəcək.  

 

Mitç Makkonnelin təklif etdiyi prosedura görə məhkəmə ilk olaraq demokratlara yer verəcək. Onlar 24 saat ərzində Trampın təqsiri ilə bağlı məhkəməyə sübutlar təqdim etməlidir. Bunun üçün onların 3 gün vaxtı olacaq. Bundan sonra, Trampın vəkilləri müdafiə tərəfi olaraq 3 gün ərzində öz dəlillərini məhkəməyə təqdim etməlidir. Növbəti mərhələdə senatorlar 16 saat ərzində ittiham və müdafiə tərəflərinə şifahi suallar vermək hüququ qazanacaq.

Sonda senatorlar hakimə öz qərarları barədə açıqlama vermək üçün 4 saat ərzində məşvərət edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü