Modern.az

Sosial şəbəkələrin məşhurlaşdırdığı SİMALAR

Sosial şəbəkələrin məşhurlaşdırdığı SİMALAR

Mədəni̇yyət

22 Yanvar 2020, 12:05

Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Məhz bu inkişafın nəticəsidir ki, artıq sosial şəbəkələr həyatımızın ayrılmaz bir parçasına çevrilib. Hətta elə insanlar var ki, sosial şəbəkələr üzərində məşhurluq qazanıb, fenomenə çevrilir.

 

Modern.az sosial şəbəkələrdə məşhurluq qazanan simaları təqdim edir.

 

“Mash-up”ları ilə trenddə birincilik qazanan tanınmış vinerlər sırasında aktyor Rəsul Abbasov və duet ortağı Xananı da misal çəkə bilərik. Son bir neçə il ərzində çəkdikləri “mash-up”larla “You Tube”da  milyonlarla baxış sayı qazanıblar.  Hətta Rəsul Abbasovun əsasən “İnstagram” hesabından  maddi-gəlir əldə etdiyi də bildirilir.

 

Tanınmış videobloger Hüseyn Əzizoğlu çəkdiyi videolar vasitəsilə məşhurluq qazanıb. Hazırda videoblogerin yarım milyondan çox izləyicisi var. Telekanalların birində montajçı işləyən Hüseyn, bir gün dostları ilə ailə-məişət mövzusunda gülməli video çəkərək “You Tube”da paylaşır. Nəticədə bu videogörüntü milyonlarla insan tərəfindən izlənilir, onu tanınmış bir şəxsə çevirir.

 

Sosial şəbəkə fenomeninə çevrilən gənc ifaçı Çinarə Məlikzadə də qısa müddət ərzində hər kəsin sevimlisinə çevrilməyi bacarıb. Gənc ifaçıya uğur qazandıran məqam isə, dostu Hacıbəyin “Facebook” hesabında paylaşdığı “Gedək üzü küləyə” mahnısı olub.

Xatırladaq ki, Çinarə Məlikzadə ixtisasca aktrisadır. O, gənc aktyor Əlibəy Məmmədli ilə ailəli olub.

 

Səsləndirdiyi mahnılara görə “You Tube”da milyonlarla baxış sayı qazandıran Nahidə Babaşlı da hazırda ən gənc sosial şəbəkə fenomenlərindən biridir. Belə ki,  Nahidə Babaşlıya ən çox uğur gətirən “Ay yüzlüm” mahnısı olub. Hazırda gənc ifaçının səsləndirdiyi bu musiqi “You Tube”da baxış sayı 52 milyonu ötür.

 

Hər paylaşımı ilə izləyicilərin gülüşünə səbəb olan məşhur vaynerlərdən biri də Mənsur Şərifdir. Onun da tanınmasında sosial şəbəkələrin rolunun böyük olduğunu desək yanılmarıq. Hətta müsahibələrinin birində söyləyib ki, “ilk olaraq dostluq haqqında vine çəkdik. Bu elə də uğurlu alınmadı. Ancaq əsgərlik mövzusunda çəkilən vine ilə demək olar ki, həyatım dəyişdi. Hətta trendə çevrildi və hər kəs məni tanıdı ”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı