Modern.az

İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi

İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi

Mədəni̇yyət

22 Yanvar 2020, 17:36

“Bu şəhərdə”nin Sumqayıtdakı konserti təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə komandanın instaqram səhifəsində məlumat verilib.

 

Qeyd olunub ki, martın 1-2-si üçün nəzərdə tutulan proqram baş tutmayacaq: “Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

 

Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zalnan danışılır. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.

 

Xatırladaq ki, analoji hadisə ötən ilin fevralında da yaşanmışdı. Belə ki, “Bu şəhərdə” Sumqayıt şəhər İcra Hakimiyyətinə konsertlə bağlı müraciət etsə də, bunun nəticəsiz qaldığını bildirmişdi: “Mart ayında konsertlərimiz üçün İcra Hakimiyyətinə ( başçı Zakir Fərəcov və müavini Teymur Səmədov) iki məktub ünvanlamışıq. Nəticədə, bizə məlum olmayan səbəbdən Sumqayıtda “Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. “Bu şəhərdə” sizin şəhərdə olmayacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!