Modern.az

Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO

Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO

22 Yanvar 2020, 18:25

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini davam etdirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd  yanvarın 22-nə olan təbliğat-təşviqat işini Horavar kəndində seçicilərlə görüşdən başlayıb. Seçicilər onların istəklərini dinləyən Musa Qasımlıya səs verəcəklərini bildiriblər.

 

Musa Qasımlı vətən uğrunda şəhid olmuş Ərəstun Əliyarov, Cəlal Fətullayev və Arzuman Hümbətovun ailələrinə, qohumlarına da baş çəkib. Əngövül kəndində Firəng Tanrıverdiyevin yas məclisində iştirak edib, ailəsinə və yaxınlarına başsağlığı verib.

 

Deputatlığa namizəd sonra Vərov kəndində çox hərarətli görüş keçirib. Vərov sakinləri də səslərini Musa Qasımlıya verəcəklərini söylədilər.

 

Musa Qasımlının bu gün sonuncu görüşü Yolocaq kəndində olub. Onlar da artıq seçimlərini etdiklərini dedilər. Şəhid Heydər Heydərovun anasına baş çəkib. Şəhidimiz tanınmış qələm sahibi, Musa Qasımlının dostu  İdris Heydərlinin qardaşıdır. Daha sonra Separadi kəndindən olan şəhidimiz Müdrət Ağayevin qardaşı ilə görüşüb. Şəhidlər ölməz! Millətimiz və dövlətimiz var olduqca onlar da yaşayacaqlar!

 

Musa Qasımlı görüşdüyü kəndlərin sakinlərinə minnətdarlığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı