Modern.az

İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO

İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO

22 Yanvar 2020, 19:30

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İqbal Məmmədovun seçiciləri ilə görüşü davam edir.

 

Modern.az xəbər verir ki, YAP-ın namizədi vurğulayıb ki, dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir:

 

"Dövlətin daimi olaraq qayğı və himayəsində olan şəhid ailələri yaşından aslı olmayaraq hər bir şəxs üçün müqəddəsdir. İşimizdən və peşəmizdən aslı olmayaraq hamımızın borcudur ki, bu ailələrə hörmətlə, xüsusi diqqətlə yanaşaq. Bu gün Çayrud kəndində şəhid anamız Qurbanov Vılanaz Ağaşirin qızını ziyarət etdik. Çox səmimi və sevinc hissləri ilə bizi qarşılayan Vılanaz ana ilə həmsöhbət olduq. O, Şəhid ailələrinə göstərilən xüsusi qayğıya görə ölkə rəhbərinə öz minnətdarlığını bildirdi" - deyə İ.Məmmədov vurğulayıb.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir