Modern.az

Goranboyda 2 avtomobil toqquşdu - FOTO

Goranboyda 2 avtomobil toqquşdu - FOTO

Aktual

22 Yanvar 2020, 19:53

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nadirkənd kəndindən keçən hisssəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

 

Nəticədə "VAZ-2106"nın sürücüsü, 1961-ci il təvəllüdlü Həsənov Nazim Məhəmmıd oğlu ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır