Modern.az

8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR

8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR

22 Yanvar 2020, 20:36

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçki qərargahında seçicilərini qəbul edib.

Modern.az  xəbər verir ki, seçicilərlə ayrılıqda görüşən Azay Quliyev onların müraciətlərini dinləyib.

Deputat bir sıra müraciətlərin həlli üçün yerindəcə müvafiq qurumlara müraciət edib.

Azay Quliyev bildirib ki, yanvarın 17-dən etibarən ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin ixtiyarına verilmiş e-kabinet sisteminin tətbiqinə başlanılıb. 3 saatdan artıq davam edən görüşdə 100-dən artıq seçicinin müraciəti seçki qərargahının könüllülərinin köməkliyi ilə azayquliyev.az saytının “e-kabinet” xidmətinə yerləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir