Modern.az

Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO

Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO

Aktual

22 Yanvar 2020, 23:09

Gəncədə kriminal aləmdə "Osman Gəncinski" kimi tanınan şəxs silahla saxlanılıb. Onun evindən isə avtomat aşkarlanıb.

Modern.az  "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Gəncədə Kəpəz Rayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdanovun üzərində silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal Mərdanovun izinə düşən asayiş keşikçiləri onu saxlamağa müvəffəq olublar. Onun üzərində axtarış aparılan zaman ondan 1 ədəd qaz tapançası aşkar olunaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Mərdanovun yaşadığı evdən odlu silah, həmin silaha aid patronlar aşkarlanaraq götürülüb.

Saxlanılan Osman Mərdanov Rusiya Federasiyasında quldurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb və kriminal aləmdə "Osman Gəncinski" kimi tanınır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər