Modern.az

“Azəriqaz” xəbərdarlıq etdi: Bu ərazilərdə qaz olmayacaq

“Azəriqaz” xəbərdarlıq etdi: Bu ərazilərdə qaz olmayacaq

Aktual

23 Yanvar 2020, 09:35

“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və paytaxt ətrafında aparılan quruculuq və abadlıq işləri çərçivəsində tərtib olunan proqram əsasında qaz təchizatı şəbəkəsində müəyyən dəyişikliklər edir.

 

"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində “Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək.

 

Bu işin icrası zamanı yanvarın 23-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, “Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir