Modern.az

Kamran Bayramov Şəmkirin iki kəndinin sakinləri ilə bir araya gəlib - FOTOLAR

Kamran Bayramov Şəmkirin iki kəndinin sakinləri ilə bir araya gəlib - FOTOLAR

23 Yanvar 2020, 10:08

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Kamran Bayramov  yanvarın 23-də Şəmkirin bir neçə kəndində görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Kamran Bayramov seçkiqabağı təşviqatını Şəmkirin Yuxarı Seyfəli kəndindən başlayıb. Deputatlığa namizəd kəndi gəzərək seçicilərlə bir araya gəlib. Eyni zamanda  sakinləri narahat edən və aidiyyəti qurumlar qarşısında dəfələrlə qaldırdığı ən əsas məsələni - içməli və suvarma su təminatı məsələsini müzakirə edib.

 

Seçicilərlə görüşdən sonra kəndi xeyli gəzən Kamran Bayramov şəhid İsrafil Mehdixanovun atası Nəriman kişiyə baş çəkib, kəndin ağsaqqalları Bayram kişi və Mirzə kişi ilə görüşüb.

 

Deputatlığa namizədin təşviqatı çərçivəsində növbəti görüşü  Aşağı Seyfəli kəndində baş tutub. Çox səmimi qarşılanan Kamran Bayramov, təşviqatını aparıb və  Yeni Azərbaycan Partiyasına olan böyük dəstəyin və rəğbətin şahidi olub.

 

Kamran Bayramov həmin gün Aşağı Seyfəli kəndini gəzərkən şəhid Natiq Abbasovun anası Sehri xanımı evini də ziyarət edib, hörmət və ehtiramını ifadə edərək  kəndə gəlməyinin məqsədini də izah edib. Bu zaman Sehri xanım  səsvermədə mütləq iştirak edəcəyini deyərək gənc namizədə  xeyir-duasını verib.

 

Kamran Bayramovun qapı-qapı ziyarətləri gün ərzində  davam edib. Bu dəfə kəndin ağsaqqalı, 9 övladı, 24 nəvəsi, 6 nəticəsi olan 80 yaşlı Yaqub kişinin evində olub. Açdığı süfrə arxasında Yaqub müəllim xeyli maraqlı söhbətlər edərək Şəmkirlə bağlı xatirələrini Kamran Bayramovla bölüşüb. Böyük ailə Kamran Bayramova çox xoş təəssüratlar bağışlayıb.

 

Onu da qeyd edək ki, Kamran Bayramov bu gözəl evdən xeyli səs qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır