Modern.az

Dövlət Miqrasiya Xidməti migrationto.az saytını təqdim etdi

Dövlət Miqrasiya Xidməti migrationto.az saytını təqdim etdi

Aktual

23 Yanvar 2020, 11:20

Dövlət Miqrasiya Xidməti ilə beynəlxalq tərəfdaşların birgə hazırladığı //migrationto.az saytı fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

 

O, fəaliyyətə başlayan saytın ölkəyə səfər edən əcnəbiləri miqrasiya perspektivindən məlumatlandırma üçün nəzərdə tutulduğunu qeyd edib:

 

"Saytda ölkəyə səfərin təyinat və məqsədindən asılı olmayaraq vizaların əldə edilməsi, əcnəbilərin ölkədə yaşaması üçün mövcud qaydalar və işgüzar fəaliyətə başlamaq üçün tələblər qeyd olunub. Veb sayt Azərbaycan dilindən başqa rus və ingilis dilində də fəaliyyət göstərir. Yaxın zamanlarda saytdakı məlumatların fransız və ərəb dillərində də yayımlanması nəzərdə tutulub".

 

 V.Hüseynov saytda Azərbaycanın milli-mənəvi dəyərlərinin də təbliğ olunduğunu qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı