Modern.az

Vətəndaşları Qarabağa gələn ölkələrə rəsmi Bakıdan XƏBƏRDARLIQ

Vətəndaşları Qarabağa gələn ölkələrə rəsmi Bakıdan XƏBƏRDARLIQ

23 Yanvar 2020, 11:57

Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən əcnəbilərlə bağlı statistika açıqlanıb.

 Ermənistan KİV-nin məlumatına görə, qondarma Qarabağ rejiminin “mədəniyyət, gənclər və turizm nazir”i Lernik Ovanisyan 2019-cu ilin yanvarından dekabr ayına qədər işğal altındakı torpaqlara 41 min 963 əcnəbinin səfər etdiyi bildirib. O bu rəqəmin 2018-ci ildə 28 min 588 olduğunu əlavə edib.

 

 Qarabağa qanunsuz səfər edənlərin 19160 nəfəri Rusiya, 7527 nəfəri ABŞ, 1661 nəfəri Fransa, 765 nəfəri Almaniya, 699 nəfəri Livan, 685 nəfəri Polşa, 671 nəfəri Çin, 594 nəfəri Argentina, 575 nəfəri Kanada və 568 nəfəri isə Suriya vətəndaşıdır.

 Maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Misnk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa vətəndaşları Azərbaycan qanunvericiliyə ən çox hörmətsizlik göstərib.

 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Modern.az-a açıqlmasında  yayılan məlumatların yeni olmadığını bildirib:

“Azərbaycan Xarici İşlər Nazirliyinin saytında ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə Azərbaycan hökumətinin icazəsi olmadan səfər edən xarici ölkə vətəndaşlarının siyahısı yerləşdirilib. Həmin siyahıya baxsaz görərsiz ki, qanunsuz səfər edən  5 ölkənin sırasında ilk üçlükdə həmsədr ölkələrin vətəndaşlarıdır”.

XİN rəsmisi,  səfərlərin həmsədr ölkələrin vətəndaşları tərəfindən edilməsi faktlarına da aydınlıq gətirib:

“Bəzən “niyə həmsədr ölkələr iş görmürlər?!” sualı ilə qarşılaşırıq. Burada bir sıra faktorlar nəzərə alınmalıdır. Məsələn, qonşuluqda yerləşən Rusiya amili var ki, sırf qonşu dövlətdir. Rusiyada Ermənistan diasporu fəaliyyət göstərir və say baxımından çoxdurlar. Eyni zamanda, həm Fransada, həm də Amerikada erməni diasporu çox güclüdür. Bu ölkələrdəki erməni lobbisi və diaspor təşkilatları məhz Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin təşkil olunması baxımından çıxış edirlər. Onlar xarici vətəndaşları Dağlıq Qarabağa səfər etməyə təşviq edirlər. Səfər edənlər sırasında  erməni əsilli Fransa, Rusiya, Amerika vətəndaşı ola bilər. Bu kimi faktorlar da var”.

 

Leyla Abdullayevanın sözlərinə görə, qanunsuz səfərlərlə bağlı XİN vaxtaşırı addımlar atır:

“O da nəzərə alınmalıdır ki, hər 3 ölkənin Xarici İşlər Nazirliklərinin rəsmi internet səhifələrində Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərdən çəkinməklə bağlıdır. Bu səfərlərin doğuracağı hüquqi nəticələrlə bağlı xəbərdarlıqlar yerləşdirilib. Azərbaycan tərəfi də öz növbəsində bütün diplomatik kanallarla ölkəmizin işğal olunmuş ərazilərinə xarici ölkə vətəndaşları tərəfindən Azərbaycan hökumətinin icazəsi olmadan edilən səfərlərin qarşısının alınması bu kimi səfərlərin doğura biləcəyi nəticələrlə bağlı məlumat işlərinin genişləndirilıməsi istiqamətində davamlı addımlar atır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi