Modern.az

Dünyanın QLOBAL PROBLEMİ - əhali qocalır, orta ömür artır, işçi qüvvəsi azalır...

Dünyanın QLOBAL PROBLEMİ - əhali qocalır, orta ömür artır, işçi qüvvəsi azalır...

23 Yanvar 2020, 17:07

2060-cı ilə qədər Rusiya əhalisinin yarısı təqaüdçü olacaq.

Modern.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti “Credite Sussie” təşkilatının hesabatına istinadən məlumat verir.

 

40  ildən sonra Rusiyada əhalinin 47%-nin təqaüdçü olacağı proqnozlaşdırılır.

Maraqlıdır ki, hesabat dünyada əhalinin sürətlə yaşlandığını ortaya qoyur. 1950-c ildə dünyada yaşı 65-dən çox əhalinin sayı 7,7% idisə, 2019-cu ildə bu rəqəm 19%, 2050-ci ildə isə 27%-dən çox olacaq.

 

Paralel olaraq orta ömür də sürətlə artır. 1950-ci ildə 47 olan orta ömür, hazırda 72, 30 il sonra isə 77-yə çatacaq.

Ekspertlər dünya ölkələrinin gələcəkdə pensiya sistemini dəyişəcəyinə əmindir. Onların fikrincə, artan orta ömür və qocalan əhali fonunda işçi qüvvənin azalması ciddi problem olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır