Modern.az

Dəhşətli virus daha üç ölkədə aşkarlandı

Dəhşətli virus daha üç ölkədə aşkarlandı

24 Yanvar 2020, 00:32

Çində yayılmış ölümcül koranavirus artıq başqa ölkələrə də yayələb.

 

Modern.az  xəbər verir ki, artıq Vyetnam, Səudiyyə Ərəbistanı və İtaliyada da bu qorxulu virus aşkarlanıb.


Vyetnamın Səhiyyə Nazirliyindən verilən xəbərə görə, analizlər iki Çin vətəndaşında xəstəliyin olduğunu təsdiqləyib. Ata və oğul yüksək temperaturla xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, Səudiyyə Ərəbistanının cənubunda işləyən hindistanlı tibb bacısında da xəstəliyin əlamətləri müşahidə edilib. Hindistan rəsmilərinin məlumatına görə, karantində olan 100 qadın analiz verib. Onlardan yalnız birində xəstəlik təsdiqlənib və hazırda o, müalicə alır.

Bəzi mənbələr virusun artıq Avropada müşahidə edildiyini də qeyd edir. Belə ki, İtaliyanın Bari şəhəri ərazisində pnevminiyaya ilk yoluxma hadisəsinin qeydə alındığı güman edilir.

Qeyd edilir ki, ölkənin cənubunda yerləşən şəhərdə qripin əlamətləri - öskürəklə və yüksək hərarətlə yerli xəstəxanaya müraciət etmiş qadın xəstəxanaya yerləşdirilib.

O, yaxın vaxtlarda Şərq ölkələrindən konsert turundan qayıdan müğənnidən gedir. O, xəstləliyin geniş yayıldığı Çinin Uhan şəhərində olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?