Modern.az

Nazirliyin əməkdaşları qəzaya düşən şagirdlərə baş çəkdilər - FOTO

Nazirliyin əməkdaşları qəzaya düşən şagirdlərə baş çəkdilər - FOTO

24 Yanvar 2020, 13:45

Təhsil Nazirliyinin əməkdaşları dünən Xırdalanda avtomobil vurması nəticəsində ağır xəsarət alan məktəblilərə baş çəkiblər.

 

Modern.az-ın xəbərinə görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” səhifəsində bildirib:

 

“Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini “Bakı City Hospital”da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, “keçmiş olsun” dedik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu