Modern.az

2010-cu ilin ilk "quş qripi" monitorinqi keçiriləcək

2010-cu ilin ilk "quş qripi" monitorinqi keçiriləcək

2 Yanvar 2010, 12:06

Modern.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatına görə, yanvarın 18-də Azərbaycanda köçəri quşların miqrasiyasını nəzərə alaraq “quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək.
Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılacaq monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssisləri də iştirak edəcəklər.
Dövlət Baytarlıq Xidməti ölkədə “quş qripi” ilə bağlı epizootik vəziyyətin sabit olduğunu bildirib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi